Bakı və Abşeronda unun topdansatış qiyməti azalıb

İyulun 7-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25.80 – 28 manat civarında olub.

Banker.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

O cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26.50-27.30 manat civarında dəyişib. Ötən həftə isə Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26.5-27.5 manat arasında olub. Belə ki, maksimum qiymət isə 0.7% azalıb.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü olan “Dəvəçi-Taxıl” MMC qiyməti 25.80 manatdır. Ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat).

Xidmət eyni zamanda, un istehsalçılarının topdansatış məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair siyahını da yayıb.

nn

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər