17 C
Baku
Thursday, May 23, 2024

Bakı virtual turlar üzrə MDB şəhərləri arasında TOP-10-a düşüb

Bakı Rusiyanın “TurStat” analitik agentliyinin versiyasına görə, virtual turlar və səyahətlər, muzeylərə və şəhərin görməli yerlərinə ekskursiyalar üzrə MDB-nin ən yaxşı şəhərlərinin reytinqinə daxil edilib.

Bu barədə Qazaxıstan KİV-inə istinadən xəbər verir.

İnternet vasitəsilə 3D turlar və ekskursiyalar üzrə ilk “üçlük”də Minsk (661 min ziyarət), Almatı (239 min) və Daşkənd (169 min) qərarlaşıb.

Azərbaycan paytaxtı 150 min baxış ilə reytinqdə 6-cı yerdədir.

Reytinq axtarış sistemlərində, o cümlədən “Google”da MDB ölkələrinin şəhərlərində virtual turlar və ekskursiyalarla bağlı təkliflərinin sayının nəticələrinə əsasən tərtib olunub.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər