22 C
Baku
Friday, April 26, 2024

Bakıda 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələri satışa çıxarılıb

“AzerGold” QSC tərəfindən yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzi istifadəyə verilib.

Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə vəkülçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqramolan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələrsatışa çıxarılıb.

Xatırladaq ki, külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, gömrük rüsumlarından, eləcə də idxal olunan qızıl və ondanhazırlanmış məhsulların aksiz vergisindən azad edilməsindən öncə sözügedən məhsullar maya dəyərinə kifayət qədər yüksəkəlavələr edilməklə satılırdı. Bu dəyişikliklər nəticəsində “AzerGold”un rəsmi Satış və mübadilə mərkəzində şirkəttərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə alıcılara təqdim edilir. Məhsulların maya dəyərinə əlavələrin əhəmiyyətli hissəsini isə istehsal xərcləri təşkil edir.

Əlavə olaraq, ilk dəfə mərkəzdə Cəmiyyətin istehsal etdiyi sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı – mübadiləsi təmin ediləcək. Bu da, artıq məhsulların təkcə hədiyyə qismində deyil, istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya aləti kimi seçiminə də imkan yaradacaq.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər