7 C
Baku
Thursday, December 12, 2024

Bakıda 23 milyon manata yaradılan gips əsaslı məmulatlar zavodu açılacaq

Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodunda son tamamlama işləri aparılır.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat ximətindən məlumat verilib.

İldə 8 mln. kv.metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 23 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər