13 C
Baku
Thursday, April 18, 2024

Bakıda 7 ayda əhali ödənişli xidmətlərə 3 milyard manata yaxın pul xərcləyib

2019-cu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artaraq 2 milyard 930,6 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 319,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 79,2 faizini təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında iaşə dövriyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9 faiz artaraq 571,3 milyon manat olub.

Dövriyyənin 45,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyul aylarına nisbətən 1,7 faiz azalaraq 257,1 milyon manat təşkil edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər