16 C
Baku
Thursday, April 25, 2024

Bakıda beynəlxalq elektron ticarət forumu keçiriləcək

Noyabrın 26-27-də Bakıda beynəlxalq “World E-commerce Eurasia-2019” forumu keçiriləcək.

Alman-Azərbaycan Ticarət Palatasından (AHK Azerbaijan) verilən məlumata görə, “MyBroker Azərbaycan” və “ASAN Xidmət”in təşkilatçılığı ilə keçiriləcək forum, elektron ticarət infrastrukturunu inkişaf etdirmək və bu sahədə əməkdaşlığı artırmaq məqsədi daşıyır.

Konfransda sərhədlərarası elektron ticarət, ödəniş və logistika, rəqəmsal marketinq, bazar xüsusiyyətləri, yeni bazarlara çıxış yolları kimi müxtəlif mövzular müzakirə ediləcək. Bundan əlavə, tədbir çərçivəsində dövlətlərarası əməkdaşlığı artırmaq üçün müvafiq proqramlar hazırlanacaq.

©APA-Economics

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər