9 C
Baku
Friday, December 13, 2024

Bakıda çirki pulların yuyulması probleminə həsr olunan konfrans keçiriləcək

Mayın 19-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Almaniyanın “Fico Tonbeller” şirkətinin dəstəyi ilə Bakıda “Komplaynsla bağlı beynəlxalq tendensiyalar” adlı konfrans keçiriləcək.

Reportun Assosiasiyaya istinadən verdiyi xəbərə görə, konfrans ABA-nın nəzdində fəaliyyət göstərən Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu tərəfindən keçiriləcək.

Qeyd edək ki, qrupun məqsədi Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə bank sektorunda görülmüş işləri müzakirə etmək, mövcud vəziyyətin daha da təkmilləşdirilməsi yöndə birgə əməkdaşlıq etməkdir. Ekspert Qrupuna rəhbərliyi “Paşa Bank” ASC-nin Komplayns Departamentinin direktoru Anar Kərimov həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər