14 C
Baku
Saturday, April 27, 2024

Bakıda daha 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur. Müsabiqəyə çıxarılan 103, 130, 139, 149 və 206 nömrəli müntəzəm marşrut xətləridir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər