3 C
Baku
Saturday, December 14, 2024

Bakıda gizlicə valyuta alveri edən vəzifəli şəxslər tutulub – Video

Bakıda gizlicə valyuta alveri edən vəzifəli şəxslər tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Banker.az”a verilən məlumata görə,  qalib Nuhiyevin 2019-cu ilin dekabr ayından etibarən Xudaverdiyev Eltac Həsən oğlundan icarəyə götürdüyü Bakı şəhəri Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsində qanunvericiliyin tələblərini pozaraq Eltac Xudaverdiyevlə birgə müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əskinaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmalarına və bu yolla 60 min manat məbləğində gəlir əldə etmələrinə əsaslı şübhələr yaranıb.

Bununla əlaqədar, məhkəmə qərarı əsasında valyuta dəyişmə məntəqəsinə texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif məbləğlərdə yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərləri və kompüterlər aşkar edilərək götürülüb.

 

Son xəbərlər
Digər xəbərlər