17 C
Baku
Sunday, May 26, 2024

Bakıda icra başçısına yeni müavin təyin edilib

Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir, bununla bağlı rayon icra hakimiyyəti başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

Məlumata görə, Hacıbaba Babayev Adil oğlu rayon icra başçısının müavini təyin edilib.

O buna qədər, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. H.Babayev bu vəzifəyə 2022-ci ilin əvvəlindən təyin edilmişdi.

Bununla da Binəqədi RİH başsı birinci müavini və iki müavini olacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər