16 C
Baku
Saturday, April 27, 2024

Bakıda mənzili banka girov qoyulan qadın dələduzluqla üzləşib

Bakı şəhərində daha bir şəxsə qarşı dələduzluq edilib.

Xəbərə görə 39 yaşlı Sevinc Zülfüqarova hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bildirib ki, ona qarşı dələduzluq olub.

Onun sözlərinə görə, 2015-cü ilin mart ayında Səbuhi Məhəmmədəli adlı şəxs onu aldadaraq Nərimanov rayonu Çəmənzəminli küçəsi 53 ünvanında yerləşən mənzilini Pakistan Milli Bankının Bakı şəhərindəki filialında girov qoyaraq 115 min manat məbləğində kredit götürüb. Lakin indiyədək S.Məhəmmədəli S.Zülfüqarovanın evini və ya müvafiq məbləğdə pulunu ona qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər