2 C
Baku
Saturday, December 14, 2024

Bakıda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək

Mayın 13-17-də Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək.

Bu barədə  Palataya istinadən xəbər verilir. 

Məlumata görə, həftə ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, habelə rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi üzrə prioritet hədəflərin icrası çərçivəsində baş tutacaq. 

Həftə çərçivəsində MBNP, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi (ABA) arasında maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub. Sənəd əsasında ölkə səviyyəsində maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və onlardan istifadənin genişləndirilməsi, innovativ məhsul və xidmətlər, texnoloji nailiyyətlər üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması və təcrübənin bölüşülməsi, “fintex”lərin fəaliyyətinin dəstəklənməsi və onların maliyyə şirkətləri, həmçinin banklarla əməkdaşlığının gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlıq üzrə vahid platforma formalaşdırılacaq.

Həftə çərçivəsində MBNP, digər aidiyyəti dövlət qurumları, ABA, habelə rəqəmsal transformasiya sahəsində qabaqcıl banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatların iştirakı ilə silsilə tədbirlər keçiriləcək. Belə ki, bir sıra banklarda fintexlər üçün açıq qapı günləri, universitet tələbələrinin rəqəmsal laboratoriyalara səfəri və həyata keçirilən layihələrlə tanışlıq, bank mütəxəssislərinin rəqəmsal ödənişlər və innovativ texnologiyalar, habelə kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlər təşkil ediləcək. “Visa Inc.” beynəlxalq kart təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilatlarının ekspertləri tərəfindən rəqəmsal ödənişlərdə alternativ xidmət kanallarından istifadə, ödəniş kartları ilə aparılan əməliyyalarda fırıldaqçılıq hallarına qarşı mübarizə mövzusunda seminarlar keçiriləcəkdir. Həmçinin, ödəniş ekosistemində innovasiyaların tətbiqi və rəqəmsal bankçılığın inkişaf etdirilməsi mövzusunda beynəlxalq təşkilatlar ilə qarşılıqlı görüşlər təşkil ediləcək.

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində 16-17 may tarixlərində “Fintex Sammit – Maliyyə və Texnologiyalar Sammiti” keçiriləcək. Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı

Bakıda “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” keçiriləcək

 və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edəcək.

Ümumilikdə “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi”nin keçirilməsi rəqəmsal texnologiyaların tətbiqinin təşviqi, banklarla fintexlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübədə uğurlu layihələrlə tanışlıq və təcrübə mübadiləsinin aparılması, habelə ictimaiyyətin müxtəlif təbəqələrinin rəqəmsal bankçılıq, elektron ödənişlər və kibertəhlükəsizlik mövzusunda maliyyə savadlılığının yüksəldilməsi baxımından mühüm roy oynayacaq. 

Son xəbərlər
Digər xəbərlər