Dekabrın 20-si şirkət rəhbərləri, sahibkarlar, iri və orta biznes sahiblərinin növbəti görüşü keçirilib. Tədbir, Pullman otelində baş tutub və biznesdə yaradıcı yanaşmanın önəminə həsr olunub. Bu dəfəki görüşdə hər zaman olduğu kimi şəhərimizin çoxsaylı biznes nümayəndələri iştirak edib. Spikerlər CHELEBİ şirkətinin icraçı direktoru Saimon Ahmed və “MenzerHajiyeva”brendinin PR direktoru Solmaz Paşayeva olub. Spikerlərin çıxışları gecəyə xüsusi maraq qatıb. Gecə, Networking.az klubunun təsisçisi Orxan Hacıyevin çıxışı ilə sonlanıb. O, insan faktorunun və kommunikasiyanın istənilən layihənin inkişaf və uğuruna təsiri haqqında danışıq. Tədbir zamanı müxtəlif müsabiqələr keçirilib və qaliblərə sponsorlar tərəfindən prizlər verilib.
Networking.az –şirkətlərin aparıcı nümayəndələri və sahibləri arasında işgüzar münasibətlərin yaradılması və inkişafı üçün tədbirlər keçirən təşkilatdır.
Networking — çoxlu sayda iştirakçını əhatə edən uzunmüddətli münasibətlərdir, çünki tanışlıq və ünsiyyət zamanla möhkəm partnyorluq münasibətlərinə çevrilən yeni tanışlıqların qurulmasına gətirir. Networking.az klubu tərəfindən keçirilən tədbirlərinin məqsədi biznes əlaqələrinin genişləndirilməsidir. Bu növ tədbirlər işgüzar görüşlərin yeni formatıdır və Bakıda geniş populyarlıq əldə edib.