2021-ci ilin yanvar-fevral aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 899 manat olub.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir.
Belə ki, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6.1 faiz azalıb.