1 C
Baku
Saturday, December 14, 2024

Bakıda provayderlərə ziyan vuraraq vətəndaşları fasiləsiz internetdən məhrum edən şəxslər saxlanılıb

Paytaxtın əsasən Nərimanov rayonu ərazisində insanları fasiləsiz internetlə təmin edən bir neçə provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarının oğurlanması barədə polisə çoxsaylı məlumatlar daxil olub.

DİN-dən verilən məlumata görə, həmin şəxslərin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar. Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub. Araşdırmalarla bu şəxslərin Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib. Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb. Onların törətdiyi oğurluq əməlləri ərazidə quradırılmış videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb. Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi istiqamətində 16-cı PŞ-də araşdırmalar davam etdirilir.

40567504 963b 37e6 ae5a fbbc58abfec2 850 352c92da 6ba9 3f24 8fcd 4aafd2554da5

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər