Bakıda səkilər və parklar yenidən qurulur: Bu işlərə 61 milyon manat xərclənəcək

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq, yenidənqurma və təmir işlərinin həyata keçirilməsi məqsədilə iri həcmli satınalma həyata keçirilir.

Banker.az xəbər verir ki, sifarişçi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Satınalma üzrə qalib şirkət “Xezer-Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Müqavilənin dəyəri 61 087 536 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər