Bakıda saxta əskinas satmaq istəyən şəxslər tutulublar.
Bu barədə banker.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat daxil olub.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əskinası (2 400 manat) şərti alıcıya satarkən saxlanılıblar.