Bakı şəhərində smart tipli daha bir avtobus dayanacaq pavilyonu quraşdırılır.
Banker.az xəbər verir ki, yeni dayanacaq pavilyonu bu dəfə metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında olacaq.
Xatırladaq ki, Bakıda ilk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin, ikincisi isə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında quraşdırılıb.
Onu da qeyd edək ki, tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda “BakıKart” ödəmə terminalı da var.