2021-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 57,0 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,2 faizini əsaslı təmir, 6,9 faizini cari təmir, 28,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Banker.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin aylıq hesabatında bildirilib.
Belə ki, yanvar ayında ümumi inşaat işlərinin 92.2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.