„Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti “TFM-Smart Project” MMC ilə müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A(Cəfər Cabbarlı adına kinostudiyanın arxası” ünvanında 4 ha sahədə yeni parkın salınması üzrə layihə-semeta sənədlərinin hazırlanması nəzərdə tutulub.
Müqavilənin məbləği 87 min manatdır.
Bildirək ki, “TFM-Smart Project” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin cəmi 10 manat kapitalı var və qanuni təmsilçisi Fərid Mikayılov Tahir oğludur.