10 C
Baku
Friday, December 13, 2024

Bakıda yeni yerüstü piyada keçidi inşa edildi – Foto

Bakı şəhəri, Ziya Bünyadov prospekti, 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında yeni yerüstü piyada keçidi inşa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.

Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90,08 metr, qalereyanın uzunluğu 57,10 metr, daxili eni 3,5 metr, keçidaltı qabariti isə 5,8 metrdir.

İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb.

Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

 

Son xəbərlər
Digər xəbərlər