9 C
Baku
Thursday, December 12, 2024

Bakıdakı universitetdən Google-a – Mimina Cavadovanın ilhamverici hekayəsi

Mimina Cavadova haqqında ilk dəfə @alwaysinspiredbaku podcastından öyrəndim.

Gənc olmasına baxmayaraq, Mimina ADA Universitetini müvəffəqiyyətlə bitirib, bir neçə iri şirkətdə təcrübə keçib və yaşayış yerini dəyişdirərək Polşaya köçüb.

Üç ildən çoxdur ki, Mimina Google şirkətində Google Marketinq Platformasında texniki xüsusiyyətlər və reklam kreativlərin yerləşdirilməsinin qaydaları üzrə mütəxəssisi kimi çalışır.

“Mənim işim, böyük reklam agentlikləri və Booking.com, Amazon, Microsoft kimi reklamverənlər üçün kreativlərə texniki dəstək verməkdir” – deyə o, öz işi haqqında danışır.

“Mimina Cavadova kimdir? (gülümsəyir) Hər şeydən öncə o, arzularına ən qısa zamanda çatmaq üçün hər gün xəyal edib öz üzərində çalışan xoşbəxt və iddialı bir qızdır. Səmimi qəlbdən inanıram ki, başımıza gələn hər şey – o an belə görünməməsinə baxmayaraq, bizi yaxşıya tərəf  aparır. Mənə verilən potensialdan maksimum istifadə etməyə və özümün ən yaxşı versiyam olmağa çalışıram.

Uşaq vaxtı fortepianoda çalırdım, rəsm çəkirdim, bədii gimnastika ilə məşğul olurdum, kargüzarlıq ləvazimatlarını sevirdim və özümə qarşı çox tələbkar idim.

16 yaşımda 160 nömrəli Klassik Gimnaziyanı qırmızı attestatla bitirdim və ADA Universitetində Biznes-Administrasiya fakültəsinə daxil oldum. İngilis dilini bildiyim üçün, ixtisas üzrə 4 illik təhsilə davam edərək, imtahandan müvəffəqiyyətlə keçə bildim və hətta birinci tədris ilini də buraxa bildim.

Yadımdadır ki, qəbul imtahanlarına hazırlaşarkən müəllimlər tez-tez zarafat edirdilər: “İndi bir az əziyyət çəkin, universitetə daxil olun və dincələcəksiniz”. Bütün məktəb illərimdə çox çalışsam da, prinsipcə oxumağa heç vaxt tənbəl deyildim, bu sözlərdən sonra universitetdə oxumağın sadə olacağını gözlədim. Lakin belə olmadı (gülümsəyir).

0
1
Bütün mühazirələr ingilis dilində aparılırdı və müəllimlərim xarici vətəndaşlar olduğu üçün ana dilində ikinci izahat tələb etmək mümkün deyildi.

Universitetdə təhsil pulludur, ancaq bir semestr ərzində verilən qiymətlər müəyyən balı keçərsə təqaüd almaq mümkündür. Həmişə qrupun ən yaxşı tələbəsi olmağa çalışırdım və qiymətlərim sayəsində son 2 ildə tamamilə pulsuz təhsil ala bildim.

Mühazirələrdən əlavə, ADA Universiteti çox sayda dərsdənkənar fəaliyyət, maraqlı qonaqlar ilə seminarlar və sosial məsuliyyət layihələri ilə zəngin olub və belə də qalmaqdadır. İştirak edə bildiyim müxtəlif layihələrlə bağlı yaddaşımda çox xoş xatirələr yaranır. Məsələn, eyni zamanda Executive Education departamentində təcrübəçi və dekan köməkçisi kimi işləməyi bacardım. Universitetdə bir çox şirkətlə əməkdaşlıq edən və tez-tez nümayəndələrini tələbələrlə təqdim etməyə dəvət edən Karyera Mərkəzi də mövcuddur.

Bu cür tədbirlər çərçivəsində, təhsilimin son ilində Google işçilərinin təqdimatında məktub aldım. Bu məktubu oxuduqdan sonra təəccübləndim və həmin Google ola biləcəyinə də inanmadım! (gülümsəyir) Lakin, hər halda, CV-mi göndərdim və oradan qeydiyyatdan keçdim.

2
3
4

Daha sonra müsahibəyə dəvət aldım, buna ciddi hazırlaşmağa belə vaxtım yox idi. Bu, Google-da ilk müsahibəm idi, bundan sonra bu şirkətlə hekayəm başladı. Məlum oldu ki, ərizəm nəzərdən keçirildiyi vaxt istədiyim mövqe artıq bağlanıb və yenidən vəzifənin nə zaman boş olacağını mənə yazacaqlarını vəd etdilər.

İndi Google-da işləyərkən başa düşürəm ki, bu, çox tez-tez olur, amma o vaxt mən çox üzüldüm və təbii ki, bir daha mənimlə əlaqə quracaqlarına inanmadım. Lakin səhv düşünmüşəm və bir il sonra bu təcrübəni unutmağı və yerli şirkətdə uğurlu iş tapmağı bacardığımda Google-da işə götürəndən eyni mövqe haqqında məktub aldım. Əlbətdə ki, hələ də bu fürsət məni maraqlandırdı, işə götürəndən və Google-da iş təklifindən yaşıl işıq almazdan öncə 6 müsahibədən keçdim.

“Google-da işləmək üçün Polşaya köçməli oldum …”

Təqdim etdiyim mövqe məhz burada idi. Qeyd etməliyəm ki, əvvəllər başqa ölkədə yaşamamışdım və mübadilə üzrə təhsil də almamışdım. Bu səbəbdən bu, həm sevincli, həm də qorxuducu idi və mənə dəstək olan və mənə inam verən qohumlarıma çox minnətdaram.

Buraya köçməzdən əvvəl, yemək bişirməyi belə bilmirdim və Google-ın ofislərində həm səhər, həm nahar, həm də şam yeməyinin xidmət etməsi məsələsində bəxtim gətirdi. Bundan əlavə, o dövrdə polyak dilini bilmədiyimdən, gündəlik məişət problemlərini həll etmək olduqca çətin idi və iş yoldaşlarım həmişə buna kömək etdilər, bu da müəyyən mənada Polşadakı ailəmi əvəz etdi.

Google-a işləmək çoxlu sayda ezamiyyətə getməyi nəzərdə tuturdu və Polşadakı həyat səyahət etmək imkanını çox asanlaşdırdı, buna görə də, xoşbəxtəm. Geriyə baxaraq əminliklə deyə bilərəm ki, buraya köçməyim və müstəqil həyat mənə çox şey öyrətdi və çox şadam ki, özümü tanımaq və xəyallarımı ardınca getmək şansım oldu.

Əsas işimlə yanaşı müxtəlif layihələrdə də iştirak edirəm: məsələn, HR komandasına universitetlərdə tədbirlər təşkil etməklə gənc tələbələrin və məzunların simasında istedadların cəlb olunmasında kömək edirəm. Həmçinin Google-ın xeyriyyəçilik təşəbbüslərinə rəhbərlik edirəm, müxtəlif qeyri-kommersiya təşkilatlarına dəstək verirəm.

Boş vaxtlarımı yoqa və dartınma məşqlərə həsr etməyi sevirəm. Karantin zamanı daha çox bişirməyə başladım və bunun nə qədər bəyəndiyimi anladım. Tez-tez reseptlərimi və mətbəxdəki uğurlarımı Instagram hesabımda paylaşıram və bu yaxınlarda qısa hekayələrimi bölüşdüyüm ayrı bir hesab açdım. Kitabla yaşıl parklarda vaxt keçirməkdən zövq alıram. Xoşbəxtlikdən Polşada bu, çoxdur.

“Yeri gəlmişkən, Google-da işlədiyim ilk gündə həyat yoldaşımla tanış oldum”

Mənə elə gəlir ki, Polşaya köçməsəydim, onunla görüşməzdik! (gülümsəyir) Həyatımda həmişə mənə dəstək, kömək və qayğı göstərən doğma insanın olması mənim üçün çox şanslı idi. Mənə elə gəlir ki, bu kimi şeylər, ailənizdən uzaqda yaşadığınız zaman təqdir olunur və həyat yolunu onunla getdiyim üçün xoşbəxtəm.

Birlikdə işlədiyimizi nəzərə alsaq, iş və şəxsi həyat arasında tarazlıq tapmaq bir az çətindir – tətil zamanı iş məsələlərini tez-tez müzakirə edə bilirik.

“Mənim üçün xoşbəxtlik…”

Mütləq böyük və əsaslı bir şeyin olması deyil, əksinə hər gün hər kəsə və həyatımdakı hər şeyə görə minnətdarlıqla oyandığımın fərqinə varıram. Məni xoşbəxt edən şey – bu gün əvvəllər arzusunda olduğum həyatı yaşaya bilməyimdir. Mənim üçün xoşbəxtlik detallardadır: adi vaxtdan daha tez oyandığımda və səhər kitab oxuya biləndə; hədiyyə olaraq bir buket gül alanda və düşüncələrimlə Nardarandakı bağda keçirdiyim uşaqlığıma qayıdıdanda; iki yaşlı qardaşı qızımın darıxdığını göstərmək üçün video zəng zamanı telefonu qucaqladığı zaman. Belə xırda məqamları zehnimdə gündəlikdə saxlayıram və çox vaxt onlara qayıdıram. Bu qabiliyyət mənim üçün xoşbəxtlikdir.

Bu gün qeyri-müəyyən vəziyyətdəyik və təkcə özümüz üçün deyil, yaxınlarımız və əzizlərimiz üçün də sosial məsuliyyət daşımalıyıq. Yalnız hamımız bir olsaq hər şey şübhəsiz ki, nəticə verəcək. Qeyri-müəyyənliyin əhvalınıza, hədəflərinizə və xəyallarınıza təsir etməsinə imkan verməyin.

Həyatdakı ən vacib keyfiyyətlərdən biri də dəyişikliklərə sürətli uyğunlaşmaqdır. Beləliklə, nəzarət etdiyiniz iş üzərində işləməyə davam edin və dəyişmək gücünə sahib olmayanla bağlı əsəblərinizi boş yerə sərf etməyin.

Mənbə1news.az
Son xəbərlər
Digər xəbərlər