“Buta Airways” aşağı büdcəli aviaşirkəti beynəlxalq uçuşların coğrafiyasını genişləndirir. Aviaşirkət Bakıdan Türkiyənin paytaxtı Ankara şəhərinə uçuşları bərpa edəcək. Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin 17 may tarixindən etibarən həyata keçirilməsi nəzərdə tutulur.
“Buta Airways”dan verilən məlumata görə, uçuş cədvəlinə əsasən aviaşirkət həftədə iki reys – həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək.
Məlumata görə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti ötən ilin 6 dekabr tarixindən İzmir şəhərinə uçuşlar həyata keçirir, cari ilin 18 mart tarixindən isə Bakıdan İstanbula hava əlaqəsini bərpa etmişdir.