19 C
Baku
Thursday, May 30, 2024

Bakıdan Qəbələ və Ağstafaya ilk sürət qatarı yola düşüb

Martın 18-dən “Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə sərnişin daşımalarına start verib.

Banker.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bakı-Qəbələ marşrutu üzrə sürət qatarı Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Məlumata görə, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir.

Bakı-Ağstafa marşrutu üzrə sərnişin qatarı saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir. Bu marşrut üzrə bu gün daha bir reys – saat 17.00-da həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları”, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə 19 və 20 mart tarixlərinə əlavə 1 reys təyin edib. 19 və 20 mart tarixlərində sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəçək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir.

Bayram günlərində Abşeron Dairəvi Dəmiryolu xətti üzrə həyata keçirilən sərnişin daşımalara gəlincə isə qatarlar istirahət günlərindəki ənənəvi qrafikə uyğun hərəkətdə olacaqlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər