11 C
Baku
Wednesday, December 11, 2024

“BakıKart”a gediş haqqının onlayn yüklənməsi ilin birinci rübündə mümkün ola bilər

“BakıKart”a gediş haqqının onlayn yüklənməsi sisteminin cari ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, “BakıKart” aparatlarından istifadə ilə bağlı sərnişinlərdən çoxlu sayda müraciət daxil olur. Müraciətlərin əksəriyyəti ödəmə terminallarının fəaliyyərti ilə bağlıdır. Bunun qarşısını almaq üçün “BakıKart”a gediş haqqının onlayn yüklənməsi sistemi yaradılır. Yeni sistemin bu ilin ilk rübündə istifadəyə verilməsi planlaşdırılıb. Lakin texniki problemlər yaransa bu xidmət ilin birinci yarısında da istifadəyə verilə bilər.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər