“Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 11 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır”.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.
Onun sözlərinə görə, plana əsasən Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 mln. nəfərə çatacağı gözlənilir.
“Planda həmin əhalinin Ələtdən tutmuş Pirallahıya qədər yerləşməsi, məşğulluğu, gələcək inkişafla bağlı bütün perspektivlərinin təmin olunmasını əhatə etməyə çalışmışıq”, – deyə direktor əlavə edib.