5 C
Baku
Friday, March 29, 2024

“Bakının yeni inkişaf planında yaradıcı adaların formalaşdırılacaq”

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə Bakı şəhərinin yeni inkişaf planında yaradıcı adaların formalaşdırılması nəzərdə tutulur.

Bunu “Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər” tədbirində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, burada gənclər üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur ki, onlar öz kreativ bizneslərini inkişaf etdirə bilsinlər.

“Biznes gəncləri dəstəkləməlidir, gənclərin formalaşmasına təkan verməlidir, onların yaradıcılıqla bağlı məşğul olmaqlarına köməklik göstərməlidir”, – deyə Ə. Qarayev qeyd edib.

©APA

Son xəbərlər
Digər xəbərlər