25 C
Baku
Saturday, July 27, 2024

“Bakıxanov-Çörək” səhmdarlarına divident ödəyəcək

İyunun 30-da, saat 11:00-da “Bakıxanov-Çörək” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Yığıncaq səhmdar cəmiyyətinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 26B ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Bakıxanov-Çörək”in ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir. 

Xatırladaq ki, “Bakıxanov-Çörək” АSC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 272 780 manatdır. 

Son xəbərlər
Digər xəbərlər