11 C
Baku
Wednesday, December 11, 2024

“Bakıxanov-Çörək” Müşahidə Şurası yenidən seçiləcək

“Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə, “Bakıxanov-Çörək” nin Müşahidə Şurasının yaydığı məlumatda deyilir.

Məlumata görə, 1 iyun 2018-ci il saat 11.00-da səhmdarlar Cəmiyyətin illik hesabatının təsdiqi və Cəmiyyətin müşahidə şurasının seçilməsi kimi məsəllər daxil edilib.

Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə bağlı materiallarla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış ola bilərlər.

Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.

Ünvan:Bakı, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A, Badukubə şadlıq evi.

Son xəbərlər
Digər xəbərlər