17 C
Baku
Tuesday, May 21, 2024

Bakıya 300 yeni avtobuslar gətirilir, BNA açıqlama verdi

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) ) 300 ədəd avtobusun tədarükçüsünü seçib. Banker.az bildirir ki, bu barədə BNA-dan məlumat verilib

“300 ədəd avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti olub. 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb”, – deyə məlumatda bildirilir.

Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

© İnterfaks-Azərbaycan

Son xəbərlər
 ⁠
Digər xəbərlər