Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, Ü.Aslanova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməkdə cəzası 1 il sınaq müddəti müəyyən edilib. Təqsirləndirilən barəsində seçilən polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməyib.
Ü. Aslanov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Qeyd edək ki, Ü.Aslanov barəsində cinayət işinin istintaqı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 139 741 manat pul vəsaitini mənimsəyərək talamaqda ittiham edilib.