29 C
Baku
Thursday, May 30, 2024

“Baktelecom” zərərdən mənfəətə keçib

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) 2021-ci ili 12 milyon 254 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildə 13 milyon 712 min manat zərər etmişdir.

Banker.az bu barədə “Ernst and Young” holdinqin  2021-ci il üzrə hesabatına istinadən xəbər verir.

Cəmiyyətin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2020-ci il
ilə müqayisədə 2021-ci ilin gəlirləri 5% artaraq 81 847 min manata çatıb.

“Baktelekom”un vergidən öncəki mənfəəti 2020-ci ilə müqayisədə 2 529 min manat artaraq
4 941 min manat təşkil edib.

Qeyd edək ki, “Baktelekom”un ötən il aktivləri 133 milyon 132 min manatdan 147 milyon 430 min manata, cəmi kapitalı 103 milyon 945 min manatdan 121 milyon 837 min manata çatıb, cəmi öhdəlikləri isə 29 milyon 187 min manatdan 25 milyon 593 min manata düşüb.

aud au1

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər