Qəbələ şəhərində 48 mənzilli yaşayış binası tikiləcək.
Banker.az xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyəti “Baku Building” MMC ilə müqavilə bağlayıb.
Müqavilədə 48 Mənzilli 1(bir) yaşyış binasının tikintisi nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 2 658 820 manatdır.
Qeyd edək ki, “Baku Building” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Samir Hüseynovdur.