3 C
Baku
Saturday, February 24, 2024

“Baku Bus” bəzi sığorta növlərinin satın alınması ilə bağlı tender elan edib

“Baku Bus” MMC bəzi sığorta növlərinin satın alınması ilə bağlı tender elan edib.

Şirkətdən verilən məlumata görə, tender avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, eləcə də mülki məsuliyyətinin könüllü sığortası, avtobuslar üzrə avtonəqliyyat vasitəsinə dəymiş zərərin könüllü (avtokasko) sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin könüllü sığortası, əmlakın bütün risklərdən könüllü sığortasını əhatə edir.

Tender iştirakçıları təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə 3 000 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolu 1-ci km 1 ünvanında yerləşən “BakuBus” MMC-nin inzibati binasından ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək istəyənlər yazılı müraciət, iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifini, tender təklifinin 5 %-i həcmində bank təminatını, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışı, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surətini, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, iddiaçının sığorta fəaliyyətinin həyata keçirilməsi üçün Maliyyə Nazirliyi və ya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş lisenziya, könullü Sığorta növləri üzrə fəaliyyətin həyata keçirilməsinə dair sığorta nəzarəti orqanı tərəfindən verilmiş müvafiq icazələr, iddiaçının texniki və maliyyə imkanlarının tenderdə iştirak etmək üçün qənaətbəxş olmasını təsdiq edən sənəd, o cümlədən, nizamnamə və məcmu kapitalı haqqında, sözügedən sığorta növləri üzrə son bir ildə hesablanmış sığorta haqları və verilmiş sığorta ödənişləri barədə məlumat, iddiaçının icbari sığorta növü üzrə fəaliyyətinin həyata keçirilməsinə dair təsdiqedici sənəd, iddiaçının İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilməsi üzrə təsdiqedici sənədlər aidiyyatı quruma təqdim edilməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri30 dekabr 2016-cı il saat 17:00-dək, tender təklifi və bank zəmanəti isə möhürlənmiş ikiqat zərfdə 11 yanvar 2017-ci il saat 17:00-dək “BakuBus” MMC-nin Tender Komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri 12 yanvar 2017-ci il tarixdə, saat 15:00-da “BakuBus” MMC-nin Suraxanı rayonu, Zığ-Hövsan yolu 1-ci km 1 ünvanında yerləşən inzibati binasında açılacaq.

APA

Son xəbərlər
Digər xəbərlər