“Nyu Sfera” şirkətlər qrupunun sahibi və rəhbəri İman Nəsrulla oğlu Quliyev Azərbaycanda qara metallar bazarında iri subyekt olan “Baku Steel Company” (BSC) MMC-yə nəzarət etməyə başlayıb. Banker.az bildirir ki, nəzarət “Politon” MMC vasitəsilə həyata keçirilir.
Hüquqi Şəxslərin Reyestrinə əsasən, yaxın vaxtlardan İman Quliyev yarandığı gündən BSC-nin payçıları sırasına daxil olan “Politon” şirkətinə rəhbərlik edir. Şirkət 2009-cı ilin iyun ayında təsis edilib. Elə o zaman İqtisadiyyat Nazirliyi onların BSC-də 50% pay iştirakını əldə etməyə razılıq verib. Dünyanın aparıcı analitik nəşrləri və beynəlxalq təşkilatlar (Bloomberg, OECD və s.) qeyd edirlər ki, BSC “Politon”-un nəzarətindədir.
©Turan Agentliyi