10 C
Baku
Friday, December 13, 2024

“Baku Steel Company” QSC əməkdaşlarının yüksək balla ali məktəblərə qəbul olunan övladlarını mükafatlandırıb

®“Təhsil millətin gələcəyidir”, – Ümummilli liderimiz Heydər Əliyevin bu fikri “Baku
Steel Company” QSC-nin (bundan sonra – BSC) korporativ sosial məsuliyyət
layihələrində əsas tezislərdən biri olaraq yer alır.

Gələcəyimiz olan gənclərin təhsilinə dəstək olmaq məqsədilə BSC əməkdaşlarının ali
məktəblərə yüksək balla qəbul olunan övladlarını dəyərli hədiyyələrlə mükafatlandırıb.
Tədbiri giriş sözü ilə şirkətin Baş Direktorunun 1-ci müavini Polad Hümmətov açaraq,
tələbələri və valideynləri təbrik edib, gənc nəslə gələcək təhsil və karyeralarında uğurlar
arzulayıb. O, savadlı vətəndaşların ölkəmizin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət
kəsb etdiyini bildirib və tələbə adını yeni qazanmış gənclərin dövrümüzün tələbatla
qarşılanan ixtisaslarını seçmələrini alqışlayıb.

Daha sonra çıxış edən şirkətin Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasov BSC-nin
nümunəvi əməkdaşlarının övladlarının da nümunəvi bilik nümayiş etdirərək
Azərbaycanın sayılıb-seçilən universitetlərinə qəbul olunmasının təsadüfi olmadığı
vurğulayıb.

Qeyd edək ki, BSC-nin Satışın təşkili şöbəsinin dəstələyicisi Elçin Sadıqovun oğlu Emin
Sadıqov 615 balla ADA Universitetinə, EQS və soba-çalov sahəsinin rəisi Emil
Məmmədovun oğlu Uğur Məmmədov 614.20 balla Azərbaycan Fransız Universitetinə,
Aparat rəhbərinin müşaviri Xəqani Əsədovun qızı Selcan Əsədzadə 597 balla Bakı Dövlət
Universitetinə, Fasonlu tökmə sexinin baş elektriki Şahin Mahmudovun oğlu
Məhəmməd Mahmudov 579.10 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil
olub. Şirkətin Su soyutma sistemlərinin operatoru Vəliş Babayevin oğlu Hüseyn Babayev
isə 2022-ci il Fənn Olimpiadalarının Respublika turunda Tarix fənni üzrə 3-cü yerə layiq
görüldüyündən dövlət sifarişi əsasında Bakı Dövlət Universitetinə imtahansız qəbul
olunub.

Tədbirdən şəkillər:

T2 T3 T4 T5 T6 T7 T8 T9

Son xəbərlər
Digər xəbərlər