15 C
Baku
Saturday, April 20, 2024

Bali adası turistlərin üzünə açılır

İndoneziyanın başlıca turizm mərkəzi olan Bali adası koronavirus pandemiyası ilə bağlı uzun müddətdir tətbiq edilən məhdudiyyətlərdən sonra sentyabr ayından əcnəbi turistlərin üzünə açılacaq.

“Jakarta Post” xəbər verir ki, Bali əyalətinin qubernatoru İ Vayan Koster bölgədəki fəaliyyətlərin üç mərhələdə bərpa ediləcəyini açıqlayıb.

Mövcud plana görə, yerli turistlər adaya iyul ayının 9-dan, əcnəbi turistlər isə sentyabrın 11-dən gələ biləcəklər.

Qeyd edək ki, adanın ulduzlu mehmanxanalarında məskunlaşma səviyyəsi ötən ilin may ayındakı 51,56 faizə, dekabr ayındakı 62,55 faizə qarşı bu ilin may ayında vur-tut 2,07 faiz olub.

İndiyədək Balidə COVID-19 virusuna 1 849 nəfər yoluxub, 20 nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər