14 C
Baku
Wednesday, April 17, 2024

Bank əməkdaşı intihar etdi

18 fevralda Honq Kongda bank əməkdaşı 30 mərtəbəli göydələndən özünü ataraq intihar etmişdir. South China Morning Post-un verdiyi məlumata görə, onun ölüm faktı xəstəxanaya çatdırıldıqdan sonra elan edilib.

Bu şəxs özünə qəsd etməmişdən öncə polis əməkdaşları onunla danışıqlar aparmış və fikrindən daşındırmağa çalışmışlar. İntihar etmiş şəxsin şəxsiyyəti açıqlanmır. Məlum olan yalnız odur ki, onun 33 yaşı var idi və soyadı Li idi. Qeyri-rəsmi məlumatlara görə bu şəxs JP Morgan bankında kiçik investisiya bankiri kimi çalışıb.

Li-nin özünü atdığı Chater House binasında JP Morgan-ın Asiya-Sakit okean regiounundakı baş qərargahı yerləşir. Maliyyə təşkilatı isə həmin şəxsin orada işlədiyi barədə məlumatı təsdiq etməmişdir. Bu şəxsi özünü intihara vadar edən səbəb isə hələ ki, sirr olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər