23 C
Baku
Friday, April 19, 2024

Bank akkreditivi nədir?

Bank akkreditivi tərəflər arasında qarşılıqlı hesablaşmaları təhlükəsiz şəkildə təşkil etmək imkanı yaradır. Emitent bank ödəyicinin tələbi ilə müəyyən edilmiş şəxsə pul vəsaitlərinin ödənilməsi öhdəliyi öz üzərinə götürür. Standart müqavilədə 4 iştirakçı iştirak edir: a) akkreditiv açan ödəyici, b) vəsaitləri köçürən emitet bank, c) pulları qəbul edən icraçı bank, ç) benefisiar (ödənişlərin kimin xeyrinə olması).

Akkreditivin əsas mahiyyəti ondan ibarətdir ki, benefisiar pul vəsaitlərini yalnız müəyyən edilmiş şərtlərin icrasından sonra əldə edə bilər. Məsələn, məhsulun çatdırılması faktından sonra. Buna görə də, sözügedən bu maliyyə aləti tərəflərin bir-birinə etibar etməməsi zamanı istifadə edilir.

Akkreditivdən həmçinin bir-birini yaxşı tanıyan tərəflər də istifadə edir. Bu zaman məqsəd pul vəsaitlərini fərdi şəkildə hesablamaq mütləqliyindən qurtulmaqdır. Pulların çatışmaması halında bank müqaviləni real qiymətinə kreditləşdirəcək. Əməliyyatın təsdiq edilməsi prosesi uzun vaxt tələb etmir. Çünki adətən ondan köhnə və yoxlanılmış müştərilər istifadə edir.

Akkreditivin orta dəyəri köçürmələrin 1,5-5%-ni təşkil edir. Adətən akkreditivlərdən əcnəbi partnyorlar ilə müqavilələr bağlanan zaman istifadə edilir. Akkreditiv pulları inflyasiyadan qorumaq üçün sadə və etibarlı üsuldur.

Son xəbərlər
Digər xəbərlər