16 C
Baku
Thursday, May 2, 2024

“Bank Avrasiya” 2023-cü ildə kiçilib

“Bank Avrasiya” ASC 2023-cü ilin 4-cü rübünü 6 milyon 622 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ilin müvafiq dövründə bankın mənfəəti 1 milyon 815 min manat olub ki, bu da illik müqayisədə 3.6 dəfədə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Bank Avrasiya”nın gəlirləri 18 milyon 588 min manat (əvvəlki ilə nisbətən 20% çox), xərcləri 11 milyon 553 min manat (27% çox) təşkil edib.

Bu ilin yanvar ayının 1-nə “Bank Avrasiya”nın cəmi aktivləri 184 milyon 538 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 18% azalma deməkdir. Bunun 137 milyon 169min manat müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 9.4% böyüyüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər