7 C
Baku
Sunday, December 15, 2024

“Bank Avrasiya” ili 6 mln. manatdan çox xalis mənfəətlə bitirdi

“Bank Avrasiya”nın cəmi aktivləri ötən il ərzində 7,8 mln. manatdan çox artıb.

Banker.az xəbər verir ki, bu barədə bankın 1 yanvar 2018-ci il tarixinə olan maliyyə hesabatında deyilir.

“Bank Avrasiya” hesabat dövrünün əvvəli ilə nisbətdə sonunda 5% artaraq 151,223 mln. manat təşkil edib. Burada da 85,324 mln. manatı müştərilərə verilən kreditlərdir.

Hesabatı analiz etdikdə müəyyən olunur ki, bu bankda müştərilərin cari hesabları həcmi artıb. Belə ki, hesabat dövrünün əvvəlində bu rəqəm 15,239 mln. manat təşkil etdiyi halda, sonu artaraq 19,350 mln. manat təşkil edib. Hazırda bankın cəmi öhdəlikləri 92,311 mln. manat təşkil edir ki, bununda 30 mln. manatı müştərilərdən cəlb olunmuş əmanətlərdir.

Hazırda bankın cəmi kaptalı 52,577 mln. manat həcmindədir. Bunun 50 mln manatı nizamnamə kapitalı digəri isə yığılmış mənfəətdir.

Mənfəətlə bitirib

“Bank Avrasiya”nın ümümi gəlirləri artaraq 12,623 mln. manat təşkil etməklə ili 6,351 mln. manatlıq xalis mənfəətlə bitirib.

 

Son xəbərlər
Digər xəbərlər