-1 C
Baku
Sunday, December 15, 2024

“Bank Avrasiya” istehlak krediti bazarında cəlbedici görünmək istəyir – yeni məhsul çıxarır

“Bank Avrasiya” ASC dövlət və özəl müəssisələrdə (təşkilatlarda), bələdiyyə orqanlarında, təhsil və səhiyyə sahələrində çalışan əməkdaşlar və təqaüdçülər üçün yeni istehlak krediti təqdim edib.

Banker.az-ın Monitorinq Qrupu bildirib ki, bu, “Mini kredit”dir. “Bank Avrasiya” bu krediti manatda təqdim edəcək.

Kreditin maksimal olaraq məbləği 20 000 manat, müddəti isə 36 ayı əhatə edəcək.

Təqdim edilən “Mini kredit”də daha bir diqqət çəkən məqam isə illik faiz dərəcələridir. Bank şərtlər siyahısında qeyd edib ki, bu kredit üçün illik faiz dərəcəsi 18, 19 və 20% dərəcəsi ilə təqdim ediləcək.

Təminat kimi, əmək haqqının 5 mislindən və ya 3 000 manatdan çox olduqda – min 1 nəfər zamin tələb ediləcək.

Qeyd edək ki, Bank Avrasiya-nın 1 aprel 2021-ci il tarixinə istehlak kreditlərinin həcmi 7.48 milyon manatdır. Bu isə son illərdə artım dinamikası ilə bu seqmentdə irəliləməsi deməkdir.

Son xəbərlər
Digər xəbərlər