9 C
Baku
Thursday, December 12, 2024

Bank Avrasiya nizamnamə kapitalını artırdı və rebrendinq barədə elan etdi

®Avrasiyanın nizamnamə kapitalının artımı 21.8 milyon manat və ya 44% təşkil edib. Nizamnamə kapitalının artırılması səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçirilib.  Beləliklə “Bank Avrasiya” ASC-nin nizamnamə kapitalı 50 milyon manatdan 71.8 milyon manata yüksəlib. Qeyd edək ki, kapital artımı nəticəsində səhmdarların payları nisbətində dəyişiklik baş verməyib.

Həmçinin, Bank Avrasiya özünün yenilənmiş brendi barədə elan edib. Rebrendinq çərçivəsində bank dörd əsas prinsipi özündə birləşdirən loqo təqdim edib: dürüstlük, təhlükəsizlik, innovativlik, intizamlılıq. Yenilənmiş brendi ilə bank gələcəyə baxışını və yeni çağırışlara hazır olmağını təqdim edir. Bununla bağlı, çöl reklamlarında və filialların fasadlarında aparılan dəyişikliklər tədricən baş tutaraq 2024-cü ilin sonuna qədər tam başa çatdırılacaq.

Beləliklə, Bank Avrasiya fərdi həllər və yüksək səviyyəli xidmət təqdim edərək müştərilərinə daha da yaxın olmaq və strateji məqsədlərinə çatmaq istiqamətində inamlı addımlar atır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi veb səhifəsindən və ya *2226  məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər