9 C
Baku
Thursday, December 12, 2024

“Bank Avrasiya”da kiçilmə baş verib – Səbəb?

“Bank Avrasiya” ASC-nin cəmi aktivləri 1 oktyabr 2019-cu il tarixində 164,39 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə kommersiya bankının 2019-cu ilin III rübü üzrə maliyyə hesabatında deyilir.

Bankın aktivləri təkcə son 3 ay ərzində  16,1% azalmalı olub. Bildirək ki, ötən rübdə cəmi aktivlər 195,9 mln. manat, öncəki ilin 1 oktyabr tarixində isə 164,77 mln. manat təşkil edirdi. Cəmi aktivlərin daralmasında əsas pay Azərbaycan Mərkəzi Bankında müxbir hesablarının silinməsi hesabına baş verib. Belə ki, car ilin ikinci rübündə bankın AMB-də müxbir hesabının həcmi 36,08 mln. manat olduğu halda üçüncü rüb bu rəqəm sıfıra düşüb.

Hazırda cəmi aktivlərin 89,31 mln. manatı müştərilərə verilmiş kreditlər 39,25 mln. manatı investisiya kağızlarına yatırım və 8,6 mln. manatı isə digər maliyyə institutlarına verilən kreditlər və yatırılan depozitlərdir.

Bankın depozit portfeli cari ilin III rübündə 46,89 mln. manata ( rüblük 7% azalıb) düşməklə cəmi öhdəlikləri 94,29 mln. manat təşkil edib.

2143213 1

Son xəbərlər
Digər xəbərlər