26 C
Baku
Saturday, July 27, 2024

“Bank Avrasiya”nın maliyyə vəziyyəti bəlli oldu – Bank böyüyür

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı “Bank Avrasiya” ASC-nin 2018-ci il ərzində cəmi aktivləri 167,64 mln. manata çatıb. Bu da kommersiya bankının ötən ilin 4 rübü ərzində cəmi aktivlərini 16,41 mln. manat, yəni, 11%-ə qədər artımı deməkdir.

Banker.az xəbər verir ki, bu barədə “Bank Avrasiyan”nın 2018-ci il üzrə açıqladığı maliyyə hesabatında deyilir.

Bankın cəmi aktivlərinin 99,01 mln. manatı müştərilərə verdiyi kredit portfelidir ki, bu da ilin əvvəli ilə müqayisədə 16% artımın olması deməkdir. Cari kredit portfelinin cəmi 8,8%-i vaxtı keçmiş kreditlərə aid edilir.

Picture1

“Bank Avrasiya”nın cari öhdəlikləri ilin əvvəli ilə müqayisədə 12% artmaqla 103,42 mln. manat təşkil edib. Burada 26,26mln. manat müştərilərin hesabları, 28,19 mln. manat müştərilərin depozitləri və 47,96 mln. manat isə maliyyə sektoruna ödəniləcək vəsaitlərdir.

1111

Bankın faiz gəlirləri il ərzində 12,09 mln. manat, faiz xərcləri isə 8,21 mln. manat, qeyr-faiz gəliri 1,42 mln. manat, qeyri-faiz xərci isə 5 mln. manat civarında olub ki, bu da bankın 5,79 mln. manatlıq xalis əməliyyat mənfəəti etməsinə səbəb olub.

“Bank Avrasiya”nın geridə qalan 2016 və 2017-ci ildəki nəticələri bu il də davam etdirə bilib. Belə ki, Bank 2018-ci ilin 4 rübünü 5 milyon 182 min manatlıq xalis mənfəətlə bitirib.

Bankın hazırda kapitalında bölüşdürülməmiş mənfəəti 12,66 mln. manata qədər artıb. Məlumat üçün bildirək ki, bankın cəmi məcmu kapital kapitalı 63.7 mln. manat təşkil edir, burada 50 mln. manat səhm kapitalıdır.

Son xəbərlər
Digər xəbərlər