7 C
Baku
Thursday, December 12, 2024

Bank “Azərbaycan Dəmir Yolları”na $400 milyon ayırdı

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycanın dəmir yolu sisteminin inkişafı üçün nəzərdə tutulmuş 400 mln. dollar məbləğində krediti təsdiqləyib.

Bankın saytında yer alan məlumata istinadən, ADB-nin Direktorlar Şurası krediti dekabrın 1-i təsdiq edib.

Kredit “Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə sisteminin möhkəmləndirilməsinə, maliyyə effektivliyinin artırılmasına, yeni korporativ strukturun yaradılmasına yönəldiləcək. Bundan başqa, cəlb olunan vəsait hesabına Bakıda Rusiya ilə dövlət sərhədinədək uzanan dəmir yolu infrastrukturunun müasirləşdirilməsi nəzərdə tutulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər