Biznesin inkişafına göstərdiyi dəstək ilə hər zaman iş adamlarına ən yaxın bankçılıq xidməti göstərən Bank of Baku, məhz onlar üçün yeni kampaniyaya start verir.
Belə ki, kampaniya müddətində Kiçik və Orta Sahibkarlıq krediti və ya Mikro kredit məhsulu üzrə müraciət edən müştərilər, Biznes kreditini 3% ENDİRİM və 0% KOMİSSİYA ilə əldə edəcəklər.
Sahibkarlıq fəaliyyəti göstərən şəxslər 20.000 manatadək Mikrokreditləri illik 3% ENDİRİM və 0% KOMİSSİYA ilə, Kiçik və Orta sahibkarlıq kredit məhsulunu əldə etmək istəyən müştərilər isə 300.000 manatadək kreditləri illik 20%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər.
30 dekabr 2017-ci il tarixinə qədər davam edən kampaniyadan Bankın həm yeni, həm də təkrar müştəriləri faydalana biləcəklər.
Kampaniya haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olmaqla tanış olmaq olar.