Bank “BTB” ASC işçilərinin sayını artırıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bank “BTB” ASC-nin 2021-ci ilin mart ayının sonuna 312 nəfər təşkil edib. Bu ilin iyunun sonuna 335 nəfər olub ki, bu da 3 aya 23 nəfərin artması deməkdir.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74.99 %-i Nigar Mehdiyevaya, 19.01 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.