7 C
Baku
Thursday, December 12, 2024

Bank “BTB” ASC 2019-ci ilin ilk yarımilliyinin nəticələrini açiqlayıb ®

İlin ilk yarımilliyin nəticələrinə əsasən Bank “BTB” ASC-nin aktivləri 303 772.50 min manat təşkil edib. 

Bank BTB ASC-nin Kredit portfelində hesabat dövrü ərzində artım müşahidə olunur. Kredit portfeli 198 066 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% yaxın artım deməkdir. İkinçi rübün nəticələrinə əsasən Bank BTB-nin depozit portfeli 116 622 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (106 958 min manat) 9%-ə yaxın artım deməkdir. Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək, müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır.

İkinçi kvartalın yekununda bankın mənfəəti 894.51 min manat təşkil etmişdir. 2019-cu ilin yanvar-iyun dövründə Bank “BTB”-nin cəmi gəlirləri 13 mln. 478 min manat, cəmi xərcləri 12 mln. 583 min manat təşkil edib. 30.06.2019-ci il tarixinə Bankın Məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 55 607.89  min manat təşkil edib.

Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 17 xidmət nöqtəsilə təmsil olunur. Bank BTB ASC müştərilərə daha səmərəli xidmət göstərmək məqsədilə xidmər nöqtələrinin təkmilləşdirmə layihəsinidə davam etdirir, xidmət nöqtələri yeni korporativ üslubda təmir olunaraq fəaliyyət göstərirlər.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az  rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər