14 C
Baku
Thursday, May 2, 2024

Bank “BTB” audit olunmuş maliyyə göstəricilərini açıqladı

Bank “BTB” ASC-nin 31 dekabr 2021-ci il tarixinə olan Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış Konsolidə edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditorların rəyi açıqlanıb.

GƏLİRLƏRİ ARTIB

Banker.az xəbər verir ki, Bank “BTB”nin faiz gəlirləri 26 milyon 486 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 9% çoxdur. Bankın haqq və komissiya 2 milyon 336 min manat, faiz xərci 15 milyon 631 min manat, haqq və komissiya xərci 617 min manat təşkil edib.

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

Bu ilin yanvar ayının 1-nə bankın aktivləri 356 milyon 781 min manat olub ki, bu da illik müqayisədə 4.1% artım deməkdir. Bunun 260 milyon 803 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 15.2% böyüyüb.

31 dekabr 2021-ci il tarixinə Bank “BTB”nin cəmi öhdəlikləri 306 milyon 470 min manat, cəmi kapitalı isə 50 milyon 311 min manat təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər